Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Barselona” futbolçularına qadağalar qoydu
İspaniyanın “Barselona” klubu futbolçularının müqavilələrinə yeni bəndlər əlavə edib.
Oxu.Az xəbər verir ki, bundan sonra oyunçulara klubun razılığı olmadan futbola aid olmayan peşəkar fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.
Jerar Pike Andorradan olan futbol klubunu almaq və tennis üzrə Dünya Kubokunun təşkilatçılığı ilə məşğul olmaq niyyətində idi. Həmçinin, o, keyterinq, dəb və elektron oyunlar sahəsində bizneslə də məşğuldur.
Bundan başqa, “Barselona” futbolçuların matç və məşqlər olan vaxt sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırıb. Həmçinin, ictimai yerlər üçün bağlı məkanlarda fotoların yayılmasına qadağa qoyulub. Buna oyundan öncə komandanın hoteldə məskunlaşdığı vaxt da daxildir.
Səbuhi Musayev
"Barselona FK" teqi üzrə xəbərlər
- La Liqa: "Barselona" son dəqiqələrdə büdrədi
- Hans Diter Flik "Barselona"da uzun müddət qalmaq niyyətində deyil
- Kerem Aktürkoğlu mövsüm sonunda "Barselona"ya keçə bilər
- İspaniya klublarının heyətində ən çox oyun keçirən futbolçuların siyahısı bəlli olub
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
Rəylər