İspaniyanın "Barselona" klubu bu mövsüm Hans Diter Flikin rəhbərliyi altında altı görüşdə beş və daha çox qol vuraraq qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, "Barselona" "Malyorka" ilə görüşdə 5:1 hesablı qələbəyə sevinib.
Belə ki, bu, "kataloniyalılar"ın mövsümdəki beş və daha çox qol vuraraq qalib gəldiyi altıncı görüş olub.
Qeyd edək ki, "Barselona" daha öncə "Yanq Boyz"u 5:0, "Vilyareal" və "Sevilya"nı 5:1, "Srvena Zvezda"nı 5:2, "Valyadolid"i isə 7:0 hesabı ilə məğlub edib.