“İlk setdə Azərbaycan göstərdi ki, sadəcə bir oyunçu ilə də qələbə qazanmaq olar. Çünki bütün xalları Polina Rəhimova qazandı”.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, bu sözləri voleybol üzrə Almaniya millisinin baş məşqçisi Feliks Koslovski deyib.
Qadın voleybolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində Almaniya yığması millimizlə qarşılaşıb.
Oyundan sonra “bundestim”in çalışdırıcısı fikirlərini bölüşüb: “Məncə, o, hazırda dünyanın ən yaxşı hücumçusudur. Komandam yaxşı mübarizə apardı, ancaq Rəhimovanın günüdürsə, onu heç kim dayandıra bilməz. Öz evində yüksək əhval-ruhiyyə ilə oynayan komanda ilə oynamaq bizim üçün çox çətin idi. Mən bu komandanı 2007-ci ildə də görmüşdüm, bir çox oyunçular eynidir. Mənim voleybolçularımın isə 8-9 nəfəri üçün bu ilk böyük turnirdir”.
S.B.
www.oxu.az