UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Oxu.Az xəbər verir, ilk oyun günündə İngiltərənin Liverpul və Almaniyanın Münhen şəhərlərində matçlar keçirilib.
“Bavariya” ilk oyunda səfərdə 1:1 hesablı bərabərliyə razılaşdığı “Zalsburq”u Münhenə gəlməyə peşman edib – 7:1.
“Liverpul” isə minimalhesablı məğlubiyyətə baxmayaraq, ilk oyundakı qələbənin (2:0) səbəbinə növbəti tura keçib.
UEFA Çempionlar Liqası
1/8 final
Cavab oyunları
9 mart
“Liverpul” (İngiltərə) – “İnter” (İtaliya) – 0:1 (İlk oyun - 2:0)
“Bavariya” (Almaniya) – “Zalsburq” (Avstriya) – 7:1 (İlk oyun - 1:1)
01:44
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
“Liverpul” doğma meydanda “İnter”i, “Bavariya” isə “Zalsburq”u qəbul edir.
“Bavariya” öz meydanında “Zalsburq”a yeddinci qolu vurub.
Müller dublunu rəsmiləşdiribsə, Sane ilk dəfə fərqlənib.
00:04
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
“Liverpul” doğma meydanda “İnter”i, “Bavariya” isə “Zalsburq”u qəbul edir.
Hazırda hər iki matçda qolsuz bərabərlik davam edir.
23:29
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir, ilk oyun günündə İngiltərənin Liverpul və Almaniyanın Münhen şəhərlərində matçlar keçiriləcək.
Artıq hər iki qarşılaşmada start heyətləri açıqlanıb.
UEFA Çempionlar Liqası
1/8 final
Cavab oyunları
9 mart
00:00 “Liverpul” (İngiltərə) – “İnter” (İtaliya)
“Liverpul”: Alisson, Trent Aleksandr Arnold, Matip, Van Dayk, Robertson, Tyaqo, Fabinyo, Cons, Mane, Jota, Salah
“İnter”: Handanoviç, Şkriniar, De Vrij, Bastoni, Damfries, Vidal, Brozovic, Hakan Çalhanoğlu, Perisiç, Sançez, Martinez
00:00 “Bavariya” (Almaniya) – “Zalsburq” (Avstriya)
“Bavariya”: Noyer, Pavard, Süle, Hernandez, Qnabri, Kimmix, Musiala, Koman, Müller, Sane, Levandovski.
“Zalsburq”: Kön, Kristensen, Vöber, Sole, Ulmer, Kamara, Kapaldo, Seyvald, Aaronson, Adamu, Adeyemi
10:52
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir, ilk oyun günündə İngiltərənin Liverpul və Almaniyanın Münhen şəhərlərində matçlar keçiriləcək.
“Liverpul” Milanda 2:0 qalib gəldiyi rəqibini bu dəfə Mersisaydda qəbul edəcək. İngiltərə klubunun mərhələ adlayacağı gözlənilən olsa da, rəqibin də ad-sanı tələsməmək üçün çağırış verir. Bu matçda ilk oyunda qol vurmuş braziliyalı hücumçu Roberto Firminonun əzələ zədəsi olduğu üçün meydana çıxması sual altındadır. Tərəflər 19 fevral 2008-ci ildə Liverpulda bu turnir çərçivəsində qarşılaşıb və meydan sahibləri 2:0 qalib gəlib. Həmin matçda son dəqiqə qolları ilə “Liverpul” qələbəyə sevinmişdi.
Əslində Almaniyada keçiriləcək qarşılaşma nəticə baxımından daha maraqla gözlənilir. Buna səbəb Zalsburqdakı ilk matçda 1:1 hesabının qeydə alınmasıdır. 90-cı dəqiqədə məğlubiyyətdən qaçan “Bayern” bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Tərəflərin 26 noyabr 2020-ci ildə Münhendə bu turnirin qrup mərhələsi çərçivəsində keçirilmiş qarşılaşmasında “Bayern” 3:1 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 final
Cavab oyunları
8 mart
00:00 “Liverpul” (İngiltərə) – “İnter” (İtaliya)
Baş hakim: Antonio Miqel Mateu Laos (İspaniya)
Oynamaları sual altında olanlar: Robert Firmino, Joel Matip, Tyaqo (hər üçü “Liverpul”)
İlk oyun – 2:0
00:00 “Bayern” (Almaniya) – “Zalsburq” (Avstriya)
Baş hakim: Kleman Türpen (Fransa)
Oynamayacaqlar: Alfonso Deyvis, Leon Qoretska, Korenten Toliso (hər üçü “Bayern”), Seku Koyta, Brayan Okoh, Jerom Onqene, Albert Valltçi (hamısı “Zalsburq”)
Oynamaları sual altında olanlar: Nuh Okafor, Benyamin Şeşko, Umar Söle (hər üçü “Zalsburq”)
İlk oyun – 1:1.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
“Liverpul” doğma meydanda “İnter”i, “Bavariya” isə “Zalsburq”u qəbul edir.