Niderlandlı mütəxəssis Mark van Bommel Belçika millisinin yeni baş məşqçisi olub.
Oxu.Az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası rəsmi məlumat yayıb.
49 yaşlı çalışdırıcı ilə bağlanmış müqaviləyə əsasən, o, 2028-ci il Avropa çempionatının (AÇ-2028) sonunadək Belçika yığmasına rəhbərlik edəcək.
Məşqçilik karyerası ərzində "PSV Eyndhoven", "Volfsburq" və "Antverpen" komandalarında çalışmış Mark van Bommel xüsusilə sonuncu klubda ciddi nailiyyətlər əldə edib. Belə ki, niderlandlı mütəxəssis 2022/2023 mövsümündə Belçika çempionluğunu və ölkə kubokunu qazanmaqla komandasına tarixi "qızıl dubl" yaşadıb.
Qeyd edək ki, van Bommel Belçika yığmasında bir müddət əvvəl vəzifəsindən ayrılan Rudi Qarsiyanı əvəzləyib.