Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Belçikalı ikiqat Olimpiya çempionu qəzaya düşdü
İkiqat Olimpiya çempionu, belçikalı velosipedçi Remko Evenepul poçt mikroavtobusu ilə toqquşduqdan sonra xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Cycling News" portalı məlumat yayıb.
Hadisə Belçikada məşq zamanı baş verib. Evenepulun çiynində və qolunda ağrılar olduğu bildirilir.
Xatırladaq ki, Evenepul 24 yaşındadır və Parisdə keçirilən Olimpiya Oyunlarının fərdi və qrup yarışlarının qalibidir. 2022-ci ildə o, "Vuelta a España" velosiped yarışının ümumi təsnifatının qalibi olub.
"olimpiya çempionu" teqi üzrə xəbərlər
- Komanda yoldaşını dişləyən Olimpiya çempionu heyətdən kənarlaşdırılıb
- Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçilə bilər
- İkiqat olimpiya mükafatçısı polis əməkdaşına hücum etdiyinə görə həbs edilib
- Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi
- Dördqat Olimpiya çempionu insult keçirərək reanimasiyaya düşüb
Ən çox oxunanlar