Türkiyə Superliqasında keçirilən "Fənərbağça" - "Beşiktaş" oyununda penalti zərbəsi vurmağa hazırlaşan qonaq komandanın futbolçusu Jedson Fernandesin üzünə lazer işığı tutan azarkeş cəzalandırılıb.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisədən sonra saxlanılan azarkeşin "Fənərbağça" tərəfdarı olduğu müəyyən edilib.
Adı açıqlanmayan azarkeş etdiyi hərəkətdən peşman olduğunu və qeyri-ixtiyari olaraq belə bir addım atdığını bildirib.
Lakin bu, onu cəzadan yayındıra bilməyib. Verilən qərara əsasən, həmin azarkeş bir il ərzində stadionda keçirilən matçlara tamaşa edə bilməyəcək.