Türkiyənin "Beşiktaş" futbol klubunun idarə heyətinin növbədənkənar iclasında qalmaqal baş verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "Beşiktaş" klubunun idarə heyətinin 2025-ci il üçün ilk iclasında keçmiş prezident Hasan Arat da çıxış edib və bu zaman zalda gərginlik yaranıb, daha sonra o, tribunada hücuma məruz qalıb. Zalda olanlardan bir nəfər şığıyaraq Hasan Aratı yumruqla vurub.
Qeyd edək ki, görüşdən əvvəl Hasan Arat ilə "Beşiktaş" sədri Tevfik Yamantürk arasında qısamüddətli gərginlik yaşanıb. Hadisəyə müdaxilə edənlər gərginliyin artmasının qarşısını alıblar.
“Beşiktaş”ın idarə heyətində gərginlik: Hasan Arat yumruqlandı#HasanArat pic.twitter.com/bTadzrAZZf
— Oxu.Az (@oxuaz) April 12, 2025
