“Beşiktaş” klubu Türkiyə Superliqasında uğursuzluq zolağından çıxa bilmir.
Oxu.Az-ın xəbərinə görə, 8-ci turda səfərdə sonuncu pillədə qərarlaşan “Gənclərbirliyi” komandasının qonağı olan “qara qartallar” 2:1 hesabı ilə uduzublar.
16-cı dəqiqədə Vedat Muriqi qarşılaşmada hesabı açıb. Matçın 73-cü dəqiqəsində Aleksandr Şekiç meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 87-ci dəqiqədə Cenk Tosun penalti zərbəsindən bu qollardan birinin əvəzini çıxıb. Qeyd edək ki, 48-ci dəqiqədən etibarən “Beşiktaş” oyunu azlıqda davam etdirməli olub. Ryan Babel qırmızı vərəqə ilə cəzalandırılıb.
Bundan əvvəl “Beşiktaş” evdə “Trabzonsporla” 2:2 hesablı bərabərliyə qalıb, 6-cı turda isə səfərdə “Fərənbaxça”ya 2:1 hesabı ilə məğlub olub.
8 turdan sonra Şenol Güneşin yetirmələri turnir cədvəlində 14 xxalla ikinci pillədə qərarlaşıblar. Superliqaya 19 xalla Beşiktaşdan bir oyun az keçirən Qalatasaray başçılıq edir. Aslanlar oktyabrın 14-də səfərdə Konyasporun qonağı olacaqlar.
S.B.
www.oxu.az