Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun qarşılaşmasında “RB Leypsiq” komandasının hücumçusu Timo Verner, “Beşiktaş”ın səs-küylü azarkeşlərinə görə əvəz olunmasını istəyib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə Verner qulaqlar üçün tıxaclardan istifadə etmək istəsə də, onların bir xeyri olmayıb. Sonra hücumçu azarkeşlərin qışqırıq və fitlərini eşitməmək üçün əlləri ilə qulaqlarını bağlayıb. 32-ci dəqiqədə o, əvəz olunmasını istəyib.
Oyun 2:0 hesabı ilə “Beşiktaş”ın xeyrinə başa çatıb.
E.C.
www.oxu.az