Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyi başa çatıb.
Oxu.Az xəbər verir ki, 8 gün davam edən yarışın yekununa əsasən, medal qazanan ölkələrin siyahısı açıqlanıb.
Mundialda tam heyətlə təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medalların həm əyarına, həm də sayına görə Avropa birinciliyini 4-cü pillədə başa vurub.
Ümumilikdə, 15 ölkə Antalyada medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Rusiya yığması tutub. Şimal qonşularımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 2-ci pilləyə isə ev sahibi Türkiyə və boks ənənəsi ilə fərqlənən Ukrayna şərik olub. Hər 2 komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnib. Millimiz 33 ölkə arasında ümumi sıralamada 4-cü yeri tutub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+91 kq) qızıl, Amin Kuşkov (75 kq) gümüş və Həsən İbrahimovla (49 kq) Surət Qarayev (81 kq) bürünc medal qazanıb.
| Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi | Medal sayına görə yer |
| 1 | Rusiya | 5 | 2 | 1 | 8 | 1 |
| 2-3 | Türkiyə | 1 | 2 | 2 | 5 | 2-3 |
|
| Ukrayna | 1 | 2 | 2 | 5 | 2-3 |
| 4 | AZƏRBAYCAN | 1 | 1 | 2 | 4 | 4 |
| 5 | İngiltərə | 1 | 1 | 0 | 2 | 7 |
| 6 | Gürcüstan | 1 | 0 | 2 | 3 | 5 |
| 7-8 | Yunanıstan | 0 | 1 | 0 | 1 | 10-15 |
|
| Macarıstan | 0 | 1 | 0 | 1 | 10-15 |
| 9 | Belarus | 0 | 0 | 3 | 3 | 5 |
| 10-11 | Bolqarıstan | 0 | 0 | 2 | 2 | 7-8 |
|
| İrlandiya | 0 | 0 | 2 | 2 | 7-8 |
| 12-15 | Xorvatiya | 0 | 0 | 1 | 1 | 10-15 |
|
| Çexiya | 0 | 0 | 1 | 1 | 10-15 |
|
| Polşa | 0 | 0 | 1 | 1 | 10-15 |
|
| Rumıniya | 0 | 0 | 1 | 1 | 10-15 |
| CƏMİ |
| 10 | 10 | 20 | 40 |
|
E.Ə.
www.oxu.az