Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Boksçularımız Avropa çempionatının yarımfinalında
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.
Oxu.Az xəbər verir ki, Aylin Nəzərova (48 kq) 1/4 final çərçivəsində Atina Papanikolopou (Yunanıstan) ilə qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Corciya La Roza ilə üz-üzə gələcək.
Əminə Tağı da 1/4 final mərhələsini uğurla başa vurub. 52 kq-da mübarizə aparan milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə rumıniyalı Mariya Semeniçiuçlə qarşılaşacaq.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.
Rəylər