Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Borussiya" "Real"ın stadionunda casuslardan ehtiyat edir
Dortmund "Borussiya"sı casusluqdan ehtiyat etdiyi üçün Çempionlar Liqasının "Real"la matçının əsas mərhələsindən əvvəl Madriddə məşq etməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Almaniya klubunun baş məşqçisi Nuri Şahin "Santyaqo Bernabeu" stadionunda gizlənərək, "Real"ın "Borussiya"nın taktiki hazırlığını müşahidə edən casuslarından ehtiyat edir. Bununla əlaqədar Dortmund komandasının futbolçuları oyunöncəsi son məşqini öz bazalarında keçirəcək, daha sonra təyyarə ilə Madridə uçacaqlar.
Qeyd edək ki, "Real" - "Borussiya" görüşü oktyabrın 22-də baş tutacaq və oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Turnirdə "Borussiya" iki qələbə qazanıb, kral klubunun aktivində isə bir qələbə və bir məğlubiyyət var.
"Borussiya Dortmund" teqi üzrə xəbərlər
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
- UEFA Çempionlar Liqası: "Borussiya Dortmund" 1/4 finala yüksəldi
- Ceydon Sanço "Çelsi"yə bəla oldu