Məşhur braziliyalı Formula-1 pilotu Felipe Massa mövsüm sonunda karyerasını başa vuracağını bəyan edib.
Oxu.Az Report–a istinadən xəbər verir ki, bu barədə məlumat Formula-1-in rəsmi saytına yerləşdirilib.
Məlumata əsasən, hazırda “Williams” komandasını təmsil edən braziliyalı pilot komandası ilə yeni razılaşma əldə edə bilmədiyindən bu bəyanatı verib.
Ümumiyyətlə, Felipe Massa 2002-ci ildən Formula-1 yarışlarında mübarizə aparır. O, Qran Pri yarışlarında 11 dəfə qalib olub və 2008-ci ildə Formula-1 üzrə dünya çempionatında çempion Lüis Hemiltondan cəmi 1 bal geri qalaraq ikinci yeri tutub.