"Çelsi" klubu sabiq futbolçusu Tyaqo Silvanın oğlu İsaqo Silva ilə peşəkar müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
17 yaşlı müdafiəçi 13 yaşından "Çelsi"nin akademiyasında çıxış edir. Cari mövsümdə o, İngiltərə klubunun U-18 komandasının heyətində bir oyun keçirib.
Qeyd edək ki, hazırda "Fluminense"də çıxış edən 41 yaşlı Tyaqo Silva 2020-2024-cü illər arasında "Çelsi"də forma geyinib.
O, İngiltərə təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.