Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Püşk nəticəsində cütlərin tərkibi belə müəyyənləşib:
| “Mançester Siti” (İngiltərə) | “Monako” (Fransa) |
| “Real Madrid” (İspaniya) | “Napoli”(İtaliya) |
| “Benfika” (Portuqaliya) | “Borussiya”(Dortmund, Almaniya) |
| “Bavariya” (Almaniya) | “Arsenal” (İngiltərə) |
| “Portu” (Portuqaliya) | “Yuventus” (İtaliya) |
| “Bayer” (Leverkusen, Almaniya) | “Atletiko” (Madrid,İ spaniya) |
| PSJ (Fransa) | “Barselona” (İspaniya) |
| "Sevilya" (İspaniya) | “Lester" (İngiltərə) |
1/8 final mərhələsinin ilk oyunları 2017-ci ilin 14-15 və 21-22 fevral tarixlərində öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları 7-8 və 14-15 mart tarixlərində baş tutacaq.
N.O.