Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun ən yaxşı qolu seçilib.
Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Roma”nın futbolçusu Stefan El Şaaravinin “Çelsi”yə vurduğu 1-ci qol həftənin ən yaxşısı adına layiq görülüb. El Şaaravi azarkeşlərin 31 faizinin səsini toplayıb.
İkinci yer Belçika “Anderlext”ini məyus edən Fransa PSJ-sinin hücumçusu Neymara qismət olub. “Atletiko”nun futbolçusu Tomas Parteyin “Qarabağ”la oyunda fərqləndiyi qol isə üçüncü olub.
S.B.
www.oxu.az