İspan müdafiəçi Lukas Vaskes Almaniyanın "Bayer Leverkuzen" klubu ilə müqavilə imzalayıb.
Oxu.Az bu barədə Leverkuzen komandasının saytına istinadla xəbər verir.
34 yaşlı futbolçu "Bayer"ə azad agent qismində keçib, onun "Real"la müqaviləsi ötən mövsümün sonunda başa çatıb.
Vaskesin yeni klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Vaskes 2015-ci ilin sentyabrında "Real Madrid"in əsas komandasında debüt edib. O vaxtdan bəri o, on mövsüm oynayıb və 402 oyuna çıxıb.
Bu müddət ərzində müdafiəçi 23 kubok qazanıb, həmçinin Çempionlar Liqasının beşqat qalibidir.