Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsində üçüncü oyununu keçirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, İtaliyanın Yezolo şəhərində baş tutan görüşdə rəqib Bolqarıstan yığması olub.
Azərbaycan yığması 4:1 hesablı qələbə qazanıb. Qalib komandanın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.
Bununla da 6 xalla G qrupunda ikincisi yeri təmin edən milli komanda seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.
E.Ə.
www.oxu.az