Bu il Azərbaycan üçün uğurlu il olub.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarında 18 medal qazanıb:
“Əlavə etmək istəyirəm ki, olimpiadada çıxış edən 10 idmançımız dünyanın ən güclü idmançılarının reytinqində ilk 5-yə düşüb”.
E. Ə.
www.oxu.az