Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Daha beş cüdoçumuz "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq
Bu gün Azərbaycanın daha beş cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə təmsilçilərimiz üç çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Kişilər arasında Qədir Hüseynov, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Məhərrəm İmamverdiyev (81 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, yığma turnirdə səkkiz çəki dərəcəsində 11 cüdoçu (yeddi kişi, dörd qadın) ilə təmsil olunur.
"Böyük Dəbilqə" teqi üzrə xəbərlər
- Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
- Yannik Sinnerə Monakoda məşq etmək üçün icazə verilmədi
- Turan Bayramov final görüşündə məğlub oldu
- "Böyük Dəbilqə" turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri bəlli olub
- Zelim Tçkayev Özbəkistanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmayacaq
Ən çox oxunanlar