“Qarabağ”ın futbolçusu Rahil Məmmədov “Zirə” klubuna icarəyə verilib.
Oxu.Az xəbər verir ki, mərkəz müdafiəçisi Rəşad Sadıqovun baş məşqçisi olduğu Bakı klubunda oynayacaq.
Əldə olunmuş razılığa əsasən, müdafiəçi mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl “Qarabağ” ispaniyalı yarımmüdafiəçi Qaspar Panaderonu Kiprin AEK klubuna icarəyə vermişdi.
