“Yuventus” klubunun braziliyalı müdafiəçisi Dani Alves Fransanın PSJ komandasına transfer olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransa klubunun rəsmi saytında məlumat verilir.
Braziliyalı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.
Alvesin PSJ-də bir həftəyə 260 min avro alacaq. Bundan əvvəl o, “Mançester Siti”dən gələn 135 min avroluq təklifi qəbul etməmişdi.
Futbolçu yeni klubunda 32 nömrə altında çıxış edəcək.
S.B.
www.oxu.az