Arenada Bayşada stadionunda Avstraliya İspaniya ilə qarşılaşdı.
Oxu.Az xəbər verir ki, ispanlar rəqiblərinin qapısından üç cavabsız top keçirdilər və dünya çempionatında ilk qələbələrini qazandılar.
36-cı dəqiqədə Vilya Xuanfranın ötürməsindən sonra hesabı açdı, 69-da Torres İniyestanın ötürməsindən sonra ispanların üstünlüyünü iki topa çatdırdı. Son nöqtəni isə 82-ci dəqiqədə Xuan Mata qoydu. İspaniya 3:0 Avstraliya.
Lakin təəssüf, bu qələbə pley-offa çıxmaq üçün kifayət etmədi.