Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsinin ikinci oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində keçirilmiş qarşılaşmada Braziliya və Yaponiya milliləri üz-üzə gəliblər.
Matçın əsas vaxtında komandalar hərəyə bir dəfə fərqləniblər. Yaponlardan Kaisyu Sano (29-cu dəqiqə), "sambaçılar"dan isə Kazemiro (56-cı dəqiqə) qol müəllifi olublar.
90+6-cı dəqiqədə fərqlənən Martinelli Braziliya millisinin 2:1 hesablı qələbəsini təmin edib.
Qeyd edək ki, Braziliya 1/8 final mərhələsində Kot-d'İvuar - Norveç cütünün qalibi ilə qarşılaşacaq.