Futbol üzrə dünya çempionatında Belçika Yeni Zelandiyanı məğlub edərək pley-offa vəsiqəni təmin edib.
Oxu.Az xəbər verir ki, G qrupunun III turunun matçında qoca qitə təmsilçisi 5:1 hesablı qələbə qazanıb.
Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Bruyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.
Qrupun növbəti oyununda Misir İranla qarşılaşıb.
Sietl stadionunda keçirilən III turun matçında qalib müəyyənləşməyib - 1:1. Bununla da Misir millisi dünya çempionatları tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb.
Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber hesabı açsa da, 14-cü dəqiqədə İran (Ramin Rezaeyan) bərabərlik qolunu vurub.