Türkiyənin "Fənərbağça" futbol klubu belçikalı hücumçu Romelu Lukakunu İtaliyanın "Napoli" klubundan transfer edib.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu İstanbul təmsilçisinin futbol direktoru Oğuz Çetin bildirib.
Onun sözlərinə görə, hücumçu "Fənərbağça"da illik bonuslarla birlikdə təxminən 10 milyon avro maaş alacaq:
"33 yaşlı forvard İstanbula gələrək 2 illik müqaviləni imzalayacaq. Futbolçu "Fənərbağça" tərəfindən tibbi müayinədən keçib və mənfi hal qeydə alınmayıb".
Qaynar xətt:
(055) 224 12 12