DÇ-2026-da L qrupunda keçirilən matçda Xorvatiya Panama millisinə qalib gəlib.
Oxu.Az xəbər verir ki, Toronto şəhərində keçirilən görüşün taleyini xorvatların vurduğu tək qol həll edib - 1:0.
Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub.
Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, qrupun digər matçında İngiltərə və Qana milliləri qolsuz (0:0) bərabərə qalıblar.
İki turdan sonra L qrupunda İngiltərə və Qana milliləri dörd xalla 1-2-ci yerləri bölüşür, Xorvatiya üç xalla üçüncüdür. Panama iki oyunda xal qazana bilməyib.
Qaynar xətt:
(055) 224 12 12