Nigar Arpadarai “Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstounun istefaya göndərilməsi ilə bağlı məlumatı şərh edib.
Bakıda “Formula-1” yarışını təşkil edən Bakı Şəhər Halqasının Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a bildirib ki, Ekklstounun istefaya göndərilməsi Bakıda keçiriləcək Azərbaycan Qran Prisinin təşkilinə təsir etməyəcək:
“Azərbaycan təşkilatçıları yarışın Bakıda keçirilməsi üçün 5 illik müqavilə imzalayıblar. Bu müqavilədə hazırda heç bir dəyişiklik olması nəzərdə tutulmur”
Qeyd edək ki, Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub ki, “İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər” kimi yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi:
Xatırladaq ki, Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib. Onu bu vəzifədə Çeyz Keri əvəzləyib.
Elvin Əhmədov
www.oxu.az