Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Elvin Camalov: "Legioner limitinin ləğvi məndə narahatlıq yaratmır"](https://images.oxu.az/2025/02/11/lZ0j7xrF9Znuvjo9eQNpY1GHQU8U6uNuFXo01HUd:1200.jpg)
Elvin Camalov: "Legioner limitinin ləğvi məndə narahatlıq yaratmır"
"Mənim işim meydanda start heyətdə yer almaq üçün həftə ərzində məşqlərdə var gücümlə mübarizə aparım. Fərqi yoxdur, əsas heyətdə yerli, yoxsa əcnəbi futbolçu ilə mübarizə aparıram".
Bunu Oxu.Az-a müsahibəsində "Neftçi"nin futbolçusu Elvin Camalov deyib.
30 yaşlı futbolçu legioner limitinin ləğvi və komanda sayının 12-yə yüksəlməsi barədə danışıb. O, "Neftçi" komandası ilə kubok qazanmaq istədiyini və bunun üçün komanda olaraq çox çalışdıqlarını bildirib. Müsahibəni təqdim edirik:
- Siz "Neftçi"yə gələndən sonra komandada uğurlu seriya başladı. Sizcə bundan sonrakı oyunlarda bu seriyanı davam etdirə biləcəksiniz?
- Son oyunlarda yaxşı nəticə qazandığımıza görə çox şadam. Bu, bütün komandanın əməyidir. Əlbəttə, bundan sonrakı oyunlarda da əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələrlə azarkeşlərimizi sevindirək. İstər məşqlərdə, istərsə də oyunlarda bunun üçün çalışırıq.
- Mövsümün əvvəlində daha zəif "Neftçi" var idi, indi isə artıq toparlanmış və əvvəlki vəziyyətinə qayıtmağa başlayan bir komanda var, bunu nə ilə əsaslandırmaq olar?
- Düzü mövsümün əvvəlində komandada olmadığım üçün bu barədə konkret nəsə deməkdə çətinlik çəkirəm. İndi deyə bilərəm ki, komandada hər birimiz bunun üçün çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda da buna nail olacağıq.
- Legioner Limitinin ləğvi sizdə hansısa bir narahatlıq yaradır?
- Mən futbolçuyam. Mənim işim meydanda start heyətdə yer almaq üçün həftə ərzində məşqlərdə var gücümlə mübarizə aparım. Fərqi yoxdur, əsas heyətdə yerli, yoxsa əcnəbi futbolçu ilə mübarizə aparıram. Ona görə bu baxımdan şəxsən məndə heç bir narahatlıq yoxdur. Hazır olsam, əminəm ki, şans qazanacağam.
- Yeni mövsümdən etibarən komanda sayı 12-yə yüksələcək, bu qərara münasibətiniz necədir?
- Çempionatda komanda sayının artması, əlbəttə ki, sevindirici məqamdır. Misli Premyer Liqası daha geniş kütləni əhatə etmiş olacaq. Çempionata maraq daha da artacaq. Bunun ancaq müsbət təsiri olacağını düşünürəm.
- Samir Abasov daha öncəki müsahibəsində əsas hədəf kimi Azərbaycan Kubokunun qalibi olmağı göstərmişdi. Siz bu barədə nə düşünürsünüz? "Neftçi" Azərbaycan Kubokunun qalibi olub Avrokuboklara vəsiqə əldə edə bilərmi?
- Komandanın hər bir üzvü uğurlu nəticə üçün çalışır. Bunun üçün də istər məşqlərdə, istərsə də oyunlarda var qüvvəmizlə mübarizə aparırıq. Əlbəttə bu yolda bizi gərgin mübarizə gözlədiyini bilirik. Hər birimiz buna hazırıq. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi yaxşı nəticələrlə sevindirək.
Anar Həsənov
"Azərbaycan Kuboku" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb
- Azərbaycan Kuboku: "Qarabağ" çətin qələbə qazandı
- Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb
- Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion bəlli oldu
- Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinin oyunlarının tarixi bəlli olub
Rəylər