Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Ən-Nəsr”dən darmadağın: Mane dubl, Ronaldu het-trik etdi - VİDEO
Səudiyyə Ərəbistanı çempionatının III turunda “Ən-Nəsr” klubu “Əl-Fateh”i darmadağın edib - 5:0.
Oxu.Az xəbər verir ki, qarşılaşmada “Ən-Nəsr”in ulduzları yüksək performans göstəriblər. Kriştianu Ronaldu het-trik, Sadio Mane dubl müəllifi olub.
Mane 27 və 81-ci, Ronaldu isə 38, 55 və 90+6-cı dəqiqələrdə fərqləniblər. İlk qolda assisti də portuqaliyalı edib.
Mövsümdə ilk qələbəsini qazanan “Ən-Nəsr” üç xalla 12-ci, “Əl-Fateh” isə dörd xalla doqquzuncu pillədə qərarlaşıb.
“Ən-Nəsr”dən darmadağın: Mane dubl, Ronaldu het-trik etdi - VİDEO
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar