Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək (U-23) güləşçilərin dünya çempionatı sona çatıb.
Oxu.Az xəbər verir ki, müəyyən səbəbdən tam heyətlə iştirak edə bilməyən sərbəst güləşçilər son gündə qapını bərk çırpıb.
Bundan əvvəl Əli Rəhimzadənin (-65 kq) ifasında gümüş medal qazanmış güləşçilərimiz son gündə daha iki medalı aktivinə yazdırıb. Belə ki, Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun baş məşqçisi olduğu millimiz qızıl və bürünc medal qazanıb.
Əvvəlcə Murad Süleymanov (-86 kq) bizi sevindirib. 1/8 finalda erməni Hovannes Mxitaryana 10:7 hesabı ilə qalib gəlmiş Murad bürünc medal uğrunda görüşdə kanadalı Aleksander Robert Muru 10:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, güləş millilərimiz ümumilikdə yeddi medal qazanıb. Bundan əvvəl yunan-Roma millimiz iki gümüş və bir bürünc, qadın yığmamız isə bir gümüş medala yiyələnmişdi.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər