"Fənərbağça" klubunun Joze Mourinyoya ödəyəcəyi təzminat bəlli olub.
Oxu.Az xəbər verir ki, insayder Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, "sarı-lacivərdlər" 62 yaşlı mütəxəssisə 15 milyon avro təzminat ödəyəcək.
Mənbənin məlumatına görə, həmin məbləğin üzərinə texniki heyətin təzminatının da əlavə olunacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbağça" iki gün əvvəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya ümumi hesabda 0:1 hesabı ilə uduzaraq Avropa Liqasına düşmüşdü.
KAMUOYUNUN BİLGİSİNE
— Fenerbahçe SK (@Fenerbahce) August 29, 2025
Profesyonel Futbol A Takımımızın 2024-2025 sezonundan itibaren teknik direktörlük görevini yürüten Jose Mourinho ile yollarımız ayrılmıştır. Kendisine bugüne kadar takımımız için verdiği emekler için teşekkür eder, gelecek kariyerinde başarılar dileriz.… pic.twitter.com/7MpkzNhEN4
Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat paylaşıb.
Razılaşmaya əsasən, portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2024/25 mövsümündən "Fənərbağça"ya rəhbərlik edirdi.