Türkiyənin “Fənərbağça” klubu Rusiya təmsilçisi “Zenit”də forma geyinən Juliano Viktor de Paulanı icarəyə götürür.
Oxu.Az Report-a istinadən xəbər verir ki, artıq bununla bağlı danışıqlar başlayıb.
İyirmi yeddi yaşlı braziliyalı yarımmüdafiəçi bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbula gələcək və tibbi yoxlanışdan keçəcək.
Qeyd edək ki, Juliano ötən mövsüm “Zenit”in heyətində 30 oyuna çıxıb və 8 qol vurub.
E.Ə.
www.oxu.az