“Formula-1” SOCAR Azərbaycan Qran Prisinin sıralama turunda daha bir qəza baş verib.
Oxu.Az xəbər verir ki, “İçərişəhər” döngəsində favoritlərdən sayılan “Ferrari”nin pilotu Şarl Lekler sükanı tənzimləyə bilməyib.
Onun bolidi divara çırpıldığı üçün sıradan çıxıb və onu evakuatorla aparıblar. Hazırda yarışda bu qəza üzündən fasilədir. Belə ki, qəzanın qeydə alındığı ərazi təmizlənir.
“Ferrari” də “İçərişəhər”də qəza törətdi - FOTO/VİDEO
Qeyd edək ki, daha əvvəl “Uilyams”ın pilotu Robert Kubitsa məhz həmin nöqtədə bolidini divara çırpıb. Buna görə 25 dəqiqə fasilə yaranıb.
Səbuhi MUSAYEV