FİA-nın dünya şurasının dünənki iclasında bir neçə vacib qərar qəbul edilib.
Oxu.Az xəbər verir ki, güclü yağış şəraitində start prosedurundan avtomobilin yerindən uzaqlaşdıqdan sonra təhlükəsizlik şərtləri və bu vəziyyətdə yarışın məsafəsinin müəyyən edilməsi idman reqlamentində detallı şəkildə təsvir ediləcək. Sınaqların keçirilməsi qaydaları və yarışların dayandırıldığı zaman icazə verilən işlərin siyahısı korrektə edilib.
Ümumdünya şurası ECU mühərrikinin idarə edilməsi bloklarının tədarükünə dair McLaren Applied Technologies ilə hazırki müqavilənin müddətinin 2021-ci ilə qədər uzadılmasını təsdiqləyib.
Bundan başqa artıq bu il GP2 seriyası “Formula 2” adlanacaq, Heres mərhələsindən başqa, qalan mərhələlər əvvəlki kimi “Formula 1” mərhələləri çərçivəsində keçiriləcək.
E.Ə.
www.oxu.az