Futbol üzrə Dünya çempionatı-2026-da 38 deyil 48 komanda çıxış edəcək.
Oxu.Az Globo-ya istinadən xəbər verir ki, bununla bağlı qərarı FİFA yanvarın 10-da açıqlayacaq.
Reqlamentə müvafiq olaraq hərəsində 3 komanda olmaqla 16 qrup yaradılacaq. Üç komandadan ikisi pley-off mərhələsinə çıxacaq.
Avropaya 16, Afrikaya 9,5 (10-cu lisenziyanı almaq üçün digər materikin nümayəndəsi ilə görüş keçirməlidir), Asiyaya – 8,5, KONMEBOL -6,5, KONKAKAF -6,5, Okeaniyaya – 1 yer ayrılıb.
Təklif edilən islahatlar Dünya çempionatlarının maliyyə gəlirini artırmağa xidmət edəcək
Qeyd edək ki, FİFA komandaların sayını 40-a qədər artırmaq təklifini qəbul etməyib.
N.O.
www.oxu.az