Qlobal bazarda neftin qiyməti İranın ixrac həcmini artırması və ABŞ-da aktiv neft quyularının sayının çoxalması xəbəri ilə düşməyə başlayıb.
Oxu.Az-ın məlumatına görə, “Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, İran 2016-cı ilin son aylarında üzən neft anbarlarından uzun müddətdir saxladığı 13 mln. bareldən çox və ya 44% neftini ixrac edib.
Bununla da İranın üzən neft anbarlarında ehtiyatları 16,4 mln. barelə enib. Bununla yanaşı, ABŞ-da 31 dekabr-6 yanvar hesabat həftəsində aktiv neft quyularının sayı 4 ədəd və ya 0,76% artaraq 529 ədədə çatıb.
Qeyd edilir ki, ABŞ-da aktiv neft quyularının sayı ardıcıl 10 həftədir artır. İllik müqayisədə ABŞ-da aktiv neft quyularının sayı 13 ədəd və ya 2,5% artım göstərib.
“Report”un analitik qrupu neftin qiymətinin qısamüddətli perspektivdə 50 dollar/barelə qədər azalacağını proqnozlaşdırır.
Hazırda “Brent” markalı neftin qiyməti keçən həftənin sonu ilə müqayisədə 1,7% azalaraq 56 dollar/barelə enib.
09:00
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,35% azalaraq 56,90 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43% ucuzlaşaraq 53,76 dollar təşkil edib.
U.A.
www.oxu.az