Qolfu sına... Qolf oyna... Qolfu sev!
Qolf sadəcə özündə istirahəti, idmanı və əyləncəni birləşdirən gözəl və maraqlı oyun deyil, bu, sənətdir, çoxları üçün isə həyatın mənasıdır!
Noyabrın 1-də Azərbaycan Qolf Federasiyası 14 həftə boyu davam edən möhtəşəm FlamesGolf proqramının başa çatdığını elan etdi.
Proqramın başlanğıc mərhələsi Bakı şəhərinin bir sıra məktəblərində cari ilin yanvar ayında start götürüb. Məşqlərin nəticələrinə görə, məktəblərdə 150-yə yaxın şagird artıq Qolf Akademiyasında FlamesGolf-un növbəti mərhələsi ərzində ödənişsiz tədris üçün seçilmişdir.
Məşqlər xüsusi qolf avadanlığı “SNAG” (Start New Аt Golf) vasitəsilə keçirilirdi, bu avadanlıq uşaqlar üçün modifikasiya edilmiş və təhlükəsiz formada qolf oyununun bütün elementlərini özündə birləşdirir.
FlamesGolf proqramının əsas məqsədi yetişməkdə olan yeni nəslin nümayəndələrini bu idman növünə cəlb etmək, onlarda iradə və qələbəyə inam tərbiyə etmək, gələcək peşəkarları yetişdirməkdir.
Möhtəşəm proqramın 2-ci mərhələsində 7-14 yaş arası uşaqlar Azərbaycan Qolf Federasiyasında ödənişsiz təlimlərini davam etdirdilər.
8 həftə sürən 2-ci mərhələ uşaqları yeni səviyyəyə çıxardı. Bu mərhələdə artıq real qolf avadanlığı və uşaqların istifadəsi üçün nəzərdə tutulmuş inventardan istifadə edilirdi.
Onlar qolf oyununun əsaslarına dair tarixi, etiketi və məşhur qolfçular haqqında əsas məlumatı aldılar. İyun ayının 13-də Azərbaycan Qolf Federasiyasında “Barbekyu günü” keçirilib, burada 200-dən çox böyüklər və uşaqlar iştirak edib.
Qonaqlar üçün əyləncəli proqram təşkil edilib. Qonaqlar müxtəlif müsabiqələrdə, yarışlarda iştirak ediblər, qonaqlar arasında lotereya da keçirilib.
Qaliblərə hədiyyələr, FlamesGolf proqramının iştirakçılarına isə Azərbaycan Qolf Federasiyasının tərəfdaşı Qatar Airways ilə birgə ayrıca xüsusi qolf idman köynəkləri hədiyyə edilmişdi.
Məktəblilərin yay tətilləri günlərində Akademiyada həftədə 4 dəfə qolf üzrə yay məşqləri təşkil edilmişdi.
Hər cümə günü Spenser Henderson başda olmaqla məşqçi heyəti məşqlərdə fərqlənən uşaqları seçərək, onlara Qubada yerləşən Qolf Klubda dərslər keçirdilər, burada uşaqlara əsl qolf meydanında öz qüvvələrini sınamaq imkanı verilirdi.
Oktyabrın 19-da proqramın 3-cü mərhələsi start götürüb. 100-ə yaxın uşaq ödənişsiz təlimləri davam etdirərək bir pillə də yüksəldilər. Cari mərhələdə uşaqlar arasında müxtəlif, daha dəqiq “Putting”, “Chipping”, “Driving” yarışları keçirildi, nəticələr cədvəllərə köçürüldü.
Proqram sona çatdıqdan sonra məşqçilər ilə test-suallar şəklində imtahan aparıldı. Bütün suallar FlamesGolf proqramı əsasında hazırlanmışdı.
Bu günlərdə Azərbaycan Qolf Federasiyasında FlamesGolf proqramının başa çatmasına həsr olunmuş tədbir keçirildi, tədbirdə 80-ə yaxın uşaqlar və böyüklər iştirak edib.
Federasiya tərəfindən uşaqlar və onların valideynləri üçün əyləncəli proqram təşkil edilmişdi.
Qonaqlara dadlı menyu və içkilər təklif edildi. Arzuedənlərin hamısı Azərbaycan Qolf Federasiyasının məşqçiləri tərəfindən təşkil edilmiş yarışlarda iştirak etdi.
Yüksək nəticələr əldə etmiş iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib, mükafatlar sırasında ödənişsiz oyun vauçerləri və digər hədiyyələr yer alırdı. Tədbir zamanı təqdimat mərasimi keçirilib, Azərbaycan Qolf Federasiyasının mətbuat katibi Nigar Süleymanova tədbirdə iştirak edən qonaqlara Federasiyanın gələcək planlarından və FlamesGolf proqramının inkişafından danışdı.
Gələn ilin yazında Federasiya Akademiyanın milli yığması üçün seçilən uşaqlara yeni inkişaf mərhələsini elan edəcək. Dərslər ödənişli olacaq.
Nigar Süleymanova:
“Bizim üçün gənc idmançılarımızın inkişafı çox vacibdir. Qolf bizim ölkəmiz üçün yeni idman növüdür. Biz bu gözəl idman növü üçün möhkəm təməlin yaradılmasına səy göstərəcəyik”.
Təqdimat mərasimində baş katib Nigar Süleymanova, eləcə də baş məşqçi Elşən Quliyev tərəfindən qaliblərə sertifikatlar təqdim edildi:
Rzayeva Ayşən
Ələkbərova Kamilla
İbrahimova Lalə
Hacızadə Əfqanə
Məmmədova Libada
İsmayılova Stefaniya
Mirzəyev Ayxan
Musayev Rüfət
Nəbi Əfəndi
Fərid Xəlilzadə
Hüseyn Babazadə
Məmmədli Adel
Nəhmətova Çinarə
Abdullayev Azad
Allahverdiyev Heydər
Məmmədli Humay
Salmanzadə Rəşid
Qəribli Zülfüqar
Yahyayeva Mədinə
İsmayılova Canan
Musayev Murad
Tağızadə Fəhriyə
İsmayılov Əli
Quluzadə Əli
İsayev Oğuz
Bəşirova Nərgiz
Bəşirov Zaur
Həmzəyeva Sona
Cüməzadə Aleksandra
Tağıyeva Nəzrin
Cüməzadə Kseniya
Tağızadə Rüstəm
Məmmədli Tofiq
Hüseynov Osman
Mehbalıyev Suad
İsmayılova Şəms
Cabbarova Fidan
Əsgərova Səbinə
Eyyubova Emiliya
Məmmədli Ayxan
Mustafayev Arif
Mustafayev Asif
Əlizadə Camal
Əlizadə Mikayıl
Mikayılov Yusif
Şahnaz Məmmədova
Foto: Nüsrət Abdullayev
www.oxu.az