Yaxın beş il ərzində tarixdə ilk azərbaycanlı pilot avtomobil yarışları üzrə Dünya Çempionatı Formula 1-də iştirak edə bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə perspektivli yarışçı Gülhüseyn Abdullayev bildirib.
“Hər şey mənim nəticələrimdən asılı olacaq. Düşünürəm ki, bir il sonra GP2 və ya GP3 yarışlarında iştirak edə bilərəm. Mənim sponsor dəstəyim var”, - Abdullayev deyib.
İdmançı həmçinin yaxın beş il müddətində Formula-1 pilotlarının siyahısına düşmək niyyətinin olması barədə suala da təsdiqləyici cavab verib.
Qeyd edək ki, 2016-cı ilin 17-19 iyun tarixlərində Bakıda Formula 1-in Avropa Qran-Pri mərhələsi keçiriləcək.
Yarışın Azərbaycanın paytaxtında minimum 2021-ci ilə qədər keçiriləcəyi planlaşdırılır.