Formula 1-in sərbəst yürüşündə ilk qəza baş verib.
Oxu.Az-ın xəbərinə görə, “Skuderia AlfaTauri” komandasının yaponiyalı üzvü Yuki Tsunoda qəza edib.
O, 4-cü döngədə səhv istiqamət götürüb. Bu səbəbdən o, maşınını dar yerdən çıxartmaqda çətinlik çəkib. Nəticədə sarı bayraq qaldırılıb. Lakin sonda 21 yaşlı pilot bunu bacararaq yarışa davam edib.
It took a few goes, but Yuki Tsunoda finally escaped the Turn 4 run off 👍
— Formula 1 (@F1) June 4, 2021
Catch up with all the FP1 action 👇 #AzerbaijanGP 🇦🇿 #F1
Həmçinin “Maklaren” komandasının britaniyalı-belçikalı pilotu Lando Noris də 16-cı döngədə qəza edib. Lakin onun bolidi zərər görməyib.
Hər iki qəzanın fotolarını təqdim edirik:
Maraqlıdır ki, Formula 2-də də ilk qəzanı edən idmançı yaponiyalı olmuşdu. “Trident” komandasının yaponiyalı pilotu Marino Sato 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.
Səbuhi Musayev