"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler "Formula-1" üzrə dünya çempionatının 14-cü mərhələsi sayılan Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Oxu.Az xəbər verir ki, mərhələ ölkənin paytaxtı Budapeştin yaxınlığında salınmış Hunqarorinq avtodromunda keçirilir.
İlk üçlüyü isə "McLaren" sürücüləri - mövsümün lideri avstraliyalı Oskar Piastri və mövsümün ikincisi britaniyalı Lando Norris tamamlayıblar.
Mərhələnin əsas yarışı avqustun 3-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.