Bakıda keçirilmiş "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.
Oxu.Az xəbər verir ki, əsas yarışda bütün rəqiblərini qabaqlayan "Red Bull" pilotu Maks Ferstappenə kubok təqdim olunub.
Qeyd edək ki, niderlandlı sürücü Bakı trekində ikinci dəfə qələbə sevinci yaşayıb. O, 2022-ci ildə də Azərbaycan Qran-prisinin qalibi olub.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk "Formula-1" yarışı Avropa Qran-prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.



Daha çox foto burada: PhotoStock.az
"Formula-1" Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi.
Oxu.Az xəbər verir ki, ötən gün sıralama turunda ən yaxşı nəticəni göstərən "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen əsas yarışın da qalibi olub.
Onun ardınca ən tez finişə çatan "Mercedes" komandasının üzvü Corc Rassel və "Williams" komandasının pilotu Karlos Sayns olublar.
Beləliklə, Azərbaycan Qran-prisinə yekun vurulub.
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının startı "McLaren" komandasının pilotu Oskar Piastri üçün uğursuz alınıb.
Oxu.Az xəbər verir ki, təcrübəli sürücü qəflətən idarəetməni itirib və nəticədə, onun bolidi maneəyə çırpılıb.
Beləliklə, hazırda turnir cədvəlinə başçılıq edən avstraliyalı pilot üçün bu yarış erkən bitib.
"Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı başlayıb.
Oxu.Az xəbər verir ki, 2 saata yaxın davam edəcək mübarizədə pilotlar öz məharətlərini nümayiş etdirəcəklər.
Qeyd edək ki, hazırda turnir cədvəlinə "McLaren" komandasının pilotları başçılıq edirlər. İlk pillədə 324 xalla avstraliyalı sürücü Oskar Piastri qərarlaşıb. Onun ardınca isə komanda yoldaşı, britaniyalı Lando Norris (293) gəlir. Üçüncü yerdə isə 230 xalla "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen qərarlaşıb.
Daha çox foto burada: PhotoStock.az
Fərid Novruzov