Formula 1 üzrə dünya çempionatında 17-ci mərhələ geridə qalıb.
Oxu.Az xəbər verir ki, Yaponiyada keçirilən yarışda yenə də Mersedes komandası dominantlıq edib.
Şənbə gene baş tutan təsnifatda ilk 2 yeri tutan Rosberq və Hamilton ilk cərgədən start vermək hüququ əldə etmişdilər. Lakin startda Lyuis Hamilton bir qədər ləngiyib. Nəticədə 6 pilot onu ötməyi bacarıb. Buna baxmayaraq son 2 ilin dünya çempionu podiumun son pilləsinə qədər yüksəlməyi bacarıb.
Çempionatın lideri Niko Rosberq isə əlinə düşən fürsətdən maksimum faydalanmağı bacarıb. Alman pilot bununla da ən yaxın izləyicisi Lyuis Hamiltonla xal fərqini 33-ə çatdırıb. Startda Hamiltonu keçməyi bacaran Ferstappen sona qədər 2-ciliyi qoruya bilib. Gənc pilot ümumi sıralamada 4 qat dünya çempionu Fettelin önünə keçib.
Yaponiya qran prisindən sonra mühəndislər kubokunun qalibi müəyyənləşib. Mersedes komandası ən yaxın izləyicisi Red Bull üçün əlçatmaz olub.
E.Ə.
www.oxu.az