Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Fransa çempionatında qəribə hadisə – VİDEO
Fransa çempionatında futbol tarixinin ən qəribə hadisələrindən biri baş verib.
Oxu.az Report-a istinadən xəbər verir ki, insident "Anjer" - "Lion" matçı zamanı qeydə alınıb.
Oyunun 50-ci dəqiqəsində 3:1 hesabı ilə irəlidə olan "Lion"un futbolçusu Marselo cərimə meydançası yaxınlığında rəqibə qarşı kobudluğa görə sarı vərəqə görüb. O, hakimin qərarı ilə razılaşmayıb və əl yelləyərək, cərimə meydançasına doğru gedib. Bu zaman futbolçunun əli təsadüfən hakimin tutduğu sarı vərəqəyə dəyərək, onu yerə salıb.
Marselo hadisənin tam təsadüf nəticəsində baş verdiyini izah etməyə çalışsa da, hakim buna məhəl qoymayıb və ona qırmızı vərəqə göstərərək, meydandan qovub.
Matç 3:3 hesabı ilə yekunlaşıb.

C.İ.
"Fransa" teqi üzrə xəbərlər
- Fransa polisi dinc nümayişçilərə hücum edib: Üç nəfər yaralanıb
- Fransada Rusiyanın iki telekanalına yayım qadağası
- Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı
- Xorvatiyanın baş naziri yığmanın Fransa üzərindəki qələbəsini Makrona gülərək işarə etdi
- Fransadan öz vətəndaşlarına xəbərdarlıq: "İranı tez tərk edin"