Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının yunan-Roma növü üzrə ikinci günə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, bu gün Azərbaycan təmsilçiləri üç medal qazanıblar.
Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.

Bundan başqa, Orxan Həbibli də (65 kq) də eyni uğuru təkrarlayıb.

80 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz İsfahan Həsənov isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.

Qeyd edək ki, sabah Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) final görüşlərinə çıxacaqlar.
Elmir Çərkəzov (60 kq) isə "bürünc" uğrunda rəqibini məğlub etməyə çalışacaq.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının ikinci gününün təsnifat mərhələsi başa çatıb.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi final uğrunda mübarizəyə qoşulub.
Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı müvafiq olaraq bolqarıstanlı Oqnyan Burqazovu (9:0) və gürcüstanlı Luka Bolkvadzeni (9:0) məğlub edərək yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Armin Amin Esmaeilidir.
Abdulrəhman Hüseynli (51 kq) də yarımfinala çıxmağı bacarıb. O, qazaxıstanlı Kuanişbek Janqajola (9:0), Əlcəzair təmsilçisi Lyes Boumaza (9:0) və ermənistanlı Gevorq Harutyunyana (6:4) qalib gələrək yarımfinala yüksəlib.
Elmir Çərkəzov isə (60 kq) ilk görüşündə Qazaxıstandan olan rəqibi Nurali Askeri 2:0 hesabı ilə məğlub edib. O, 1/8 final mərhələsində almaniyalı Kristiano Libtsaytı, 1/4 finalda isə belaruslu Raman Şarkounu məğlub edib.
71 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Nadir Həsənli ilk görüşündə Mehdi Azizboevi (Tacikistan) üstələsə də, Ukrayna təmsilçisi Roman İvanyukla bacarmayıb və məğlub olub.
Zöhrab Səfərov isə (92 kq) ilk görüşündə Hlib Yevsieyevlə bacarmayıb.
Bu gün, həmçinin medal görüşlərinə də start veriləcək.
Belə ki, İsfahan Həsənov (80) çempionluq, Orxan Həbibli (65) və Ömər Salmanov (48) isə bürünc medal uğrunda döşək üzərinə çıxacaqlar.
Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Zöhrab Səfərov (92 kq) ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, ukraynalı Hlib Yevsieyevlə qarşılaşıb.
Matç rəqibin 7:4 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl Əli Cavadlı (48 kq) və Elmir Çərkəzov (60 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının ikinci gününə start verilir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi final uğrunda mübarizəyə qoşulacaq.
Həmçinin bu gündən medal qarşılaşmaları da keçiriləcək.
Belə ki, İsfahan Həsənov (80) çempionluq, Orxan Həbibli (65) və Ömər Salmanov (48) isə bürünc medal uğrunda döşək üzərinə çıxacaqlar.
Təsnifat mərhələsi
45 kq
Əli Cavadlı - Ognyan Burqazov (Bolqarıstan)
51 kq
Abdulrəhman Hüseynli - Kuanışbek Jangajol (Qazaxıstan)
60 kq
Elmir Çərkəzov - Nurali Asker (Qazaxıstan)
71 kq
Nadir Həsənov - Mehdi Azizboev (Tacikistan)
92 kq
Zöhrab Səfərov - Hlib Yevsieyev
Final
80 kq
İsfahan Həsənov - Alireza Hassan Rezai (İran)
Qeyd edək ki, Orxan Həbibli (65) və Ömər Salmanov (48) isə bürünc medallar uğrunda qarşılaşmalara çıxacaqlar. Onların rəqibi bu gün müəyyənləşəcək.
Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Daha çox foto burada: PhotoStock.az