Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı
"Hamburq" futbol klubunun qələbəsi şərəfinə Almaniyanın eyniadlı şəhərində keçirilən mərasimlər zamanı 44 azarkeşə tibbi yardım göstərilib.
Oxu.Az "Tagesspiegel"ə istinadən xəbər verir ki, bir nəfər həyatı üçün təhlükəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 19 futbol azarkeşi ağır, 5 nəfər isə yüngül xəsarətlərlə yaxınlıqdakı klinikalara müraciət edib.
Bildirilir ki, tamaşaçılar tribunalardan meydançaya tullanıblar. Bundan əlavə, bəziləri matçdan sonra baş verən dava-dalaş nəticəsində xəsarət alıb.
Xatırladaq ki, ötən gün "Hamburq" "Ulm" klubu ilə oyunda 6:1 hesabı ilə qalib gəlib və Bundesliqaya vəsiqə qazanıb.
"Futbol" teqi üzrə xəbərlər
- Klublararası dünya çempionatı: "River Pleyt" yarışa qələbə ilə başladı
- Klublararası Dünya Çempionatı: "Borussiya" "Fluminense" ilə bacarmadı
- "Salernitana" üçün böyük şok: Həlledici matç öncəsi 8 futbolçu zəhərləndi
- "Tottenhem"in futbolçusu toydan sonra İsraildən qayıda bilmir
- "Orenburq"un futbolçusu Səid Saharhizan İrandan Azərbaycan vasitəsilə çıxa bilər