Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək
İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək.
Bununla bağlı Oxu.Az-a Kikboksinq federasiyasının baş katibi İlkin Məsimzadə məlumat verib.
"Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir. Məsələ ilə bağlı 07.01.2025 tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir", - deyə o bildirib.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
Anar Həsənov
"Azərbaycan Kikboksinq Federasiyası" teqi üzrə xəbərlər
- DSX əməkdaşı və ona hücum edən idmançılarla bağlı YEKUN QƏRAR - ÖZƏL
- DSX mayoruna hücum insidentində adı hallanan dünya çempionu hər iki vəzifəsini itirdi
- İdmançıların hücum etdiyi DSX mayoru: "Ramal Aslanov öz dəstəsi ilə iki dəfə evimə hücum çəkib"
- Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi
- Eduard Məmmədov 11-ci dəfə Avropa Çempionatında qalib gəlib
Rəylər