Oğlanlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi III MDB Oyunlarında növbəti oyununu keçirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma Belarus kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 16:13.
Qeyd edək ki, Azərbaycan millisi üçüncü yer uğrunda görüşdə Özbəkistanla qarşılaşacaq.