Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İngiltərə Liqa Kuboku: "Arsenal" və "Liverpul"dan beş qol
İngiltərə Liqa Kubokunun üçüncü raundunun (1/16 final) növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, "Arsenal" aşağı liqa təmsilçisi "Bolton"la qarşılaşıb. "Topçular" rəqibin qapısından 5 top keçiriblər. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 5:1. London klubunun 17 yaşlı hücumçusu Nvaneri dublla yadda qalıb.
Digər görüşdə "Liverpul" "Vest Hem"i qonaq edib. Mersisaydlılar oyuna avtoqolla başlasalar da, geridönüşlə 5:1 hesablı qələbəni təmin ediblər. Jota və Qakpo dubla imza atıblar.
"Liverpul FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: Çempion bəlli oldu
- İngiltərə Premyer Liqası: "Mançester Siti" qələbəni son anda qazandı
- İngiltərə Premyer Liqası: "Liverpul" çempionluğun bir addımlığında
- Vircil van Deyk "Liverpul" ilə müqaviləsini uzatdı
- Salahın Səudiyyə Ərəbistanından cəlbedici təklifi rədd etməsinin səbəbi məlum oldu
Ən çox oxunanlar